Kərkük-Ərbil avtomobil yolunda qarşıdurma olub, ölən və yaralananlar var

Kərkük-Ərbil avtomobil yolunda qarşıdurma olub, ölən və yaralananlar var "Peşmərgə” gecə saatlarında İraq hərbçilərinə hücum edib
Digər ölkələr
20 Oktyabr , 2017 12:27
Kərkük-Ərbil avtomobil yolunda qarşıdurma olub, ölən və yaralananlar var

Bakı. 20 oktyabr. REPORT.AZ/ İraqın Kərkük əyalətinin şimal-qərbində mərkəzi hakimiyyətə bağlı hərbçilərlə yerli muxtariyyətin “peşmərgə” adlı silahlı dəstəsi arasında qarşıdurma olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Kərkük-Ərbil avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, “peşmərgə” oktyabrın 20-də gecə saatlarında İraq hərbçilərinə hücum edib. 

Nəticədə 1 hərbçi ölüb, 4-ü isə yaralanıb.

Atışma türkmən qəsəbəsi Altunkörpüdə, Kərkük şəhərindən 35 km aralıda baş verib. Məlumata görə, oktyabrın 19-dan “peşmərgə” həmin bölgəyə toplanır.

İraq ordusu “peşmərgə”yə Altunkörpünü tərk etmək üçün 2 saat vaxt verib.

Son xəbərlər

Orphus sistemi