Bakı. 30 aprel. REPORT.AZ/ Keniyanın paytaxtı Nayrobidə altımərtəbəli yaşayış binası uçması nəticəsində 3 nəfər ölüb. "Report"un məlumatına görə, 55 nəfər dağıntılar altından çıxarılıb.
Binada 150 ailənin yaşadığı bildirilir.
*** 00:20
Bakı. 30 aprel. REPORT.AZ/ Keniyanın paytaxtı Nayrobi şəhərində altımərtəbəli yaşayış bina uçub. "Report"un məlumatına görə, bu barədə Keniyanın Qızıl Xaç Cəmiyyəti "Tvitter"dəki mikrobloqunda xəbər yayıb.
Hadisə yerində axtarış xilasetmə əməliyyatı aparılır.
Hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər xəstəxanaya aparılıb. 150 ailə müvəqqəti düşərgəyə yerləşdirilib.