Keniyanın keçmiş baş naziri prezident seçkilərinin nəticələrinə etiraz edib

Keniyanın keçmiş baş naziri prezident seçkilərinin nəticələrinə etiraz edib "Biz Ali Məhkəməyə müraciət etmək və hakimiyyətin kompüter vasitəsilə uydurduğu nəticələri bütün dünyaya göstərmək istəyirik"
Digər ölkələr
16 Avqust , 2017 19:58
Keniyanın keçmiş baş naziri prezident seçkilərinin nəticələrinə etiraz edib

Bakı. 16 avqust. REPORT.AZ/ Keniyanın keçmiş baş naziri Raila Odinqa prezident seçkilərinin nəticələrinə etiraz edib. 

"Report" "Frans-Press"ə istinadən xəbər verir ki, o, Keniyada keçirilən prezident seçkilərində namizədliyini irəli sürməsinə baxmayaraq, məğlub olub. 

R.Odinqa bundan sonra prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığı iddiası ilə Ali Məhkəməyə şikayət edib: "Biz Ali Məhkəməyə müraciət etmək qərarına gəldik və hakimiyyətin kompüter vasitəsilə uydurduğu nəticələri bütün dünyaya göstərmək istəyirik". 

Qeyd edək ki, ötən həftə Keniyada keçirilən prezident seçkilərində 54,27% səs çoxluğu ilə hazırkı prezident Uxuru Keniata qalib gəlib. Onun rəqibi, ölkənin keçmiş baş naziri Raila Odinqa 44,74% səs toplayıb.

Beləliklə, Keniyanın indiki prezidenti U.Keniata növbəti 5 il müddətində ölkəni idarə edəcək.  

Son xəbərlər

Orphus sistemi