Bakı. 8 iyul. REPORT.AZ/ Keniyanın şimal-şərqində yaraqlıların hücumu nəticəsində azı doqquz nəfər həlak olub.
"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə polisdən bildiriblər.
Qurbanların hamısı dinc sakinlər olub.
Hüquq-mühafizə orqanlarındakı mənbələr hücumu "Əl-Şabab" qruplaşmasının yaraqlılarının həyata keçirə biləcəyini qeyd ediblər.