Keniyada sərnişin vertolyotu gölə düşüb

Keniyada sərnişin vertolyotu gölə düşüb Sərnişinlərin aqibəti barədə məlumat yoxdur
Digər ölkələr
22 Oktyabr , 2017 02:11
Keniyada sərnişin vertolyotu gölə düşüb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Keniyada "5Y-NMJ" tipli sərnişin vertolyotu Nakuru gölünə düşüb.

“Report” "Airlive" nəşrinə istinadən xəbər verir ki, göyərtədə 5 nəfər olub.

Onların aqibəti barədə hazırda məlumat yoxdur. Sərnişinlər Keniya prezidenti tərəfindən təşkil olunan mitinqdə iştirak etmək üçün Narok şəhərinə gedirlərmiş.

Son xəbərlər

Orphus sistemi