Keniyada polis 6 nəfəri qətlə yetirib

Keniyada polis 6 nəfəri qətlə yetirib Keniyanın paytaxtı Nayrobinin yaxınlığında polis atəş açaraq 6 nəfəri, o cümlədən öz həyat yoldaşını qətlə yetirib.
Digər ölkələr
7 Dekabr , 2021 12:07
Keniyada polis 6 nəfəri qətlə yetirib

Keniyanın paytaxtı Nayrobinin yaxınlığında polis atəş açaraq 6 nəfəri, o cümlədən öz həyat yoldaşını qətlə yetirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Hadisə şahidinin sözlərinə görə, evdə həyat yoldaşını qətlə yetirdikdən sonra polis daha 5 nəfəri, o cümlədən 2 mototaksi sürücüsünü öldürüb. Daha 2 nəfər yaralanıb.

Hadisəni törətdikdən sonra polis özünə qəsd edib.

Son xəbərlər

Orphus sistemi