Keniyada polis müxalifət tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Keniyada polis müxalifət tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib Bakı. 30 yanvar. REPORT.AZ/ Keniya polisi paytaxt Nayrobidə yolu qismən bağlayan NASA (Milli superalyans) müxalifət koalisiyasının tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Digər ölkələr
30 Yanvar , 2018 14:59
Keniyada polis müxalifət tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
AFP

Bakı. 30 yanvar. REPORT.AZ/ Keniya polisi paytaxt Nayrobidə yolu qismən bağlayan NASA ("Milli superalyans") müxalifət koalisiyasının tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müxalifət koalisiyasının tərəfdarları siyasi birliyin lideri, keçmiş baş nazir, prezident seçkilərində uduzmuş Raila Odinqanı qalib hesab edərək onun "inaqurasiya"sına doğru hərəkət edirlər. "Andiçmə mərasimi"nin bu gün keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Keniyada prezident seçkiləri avqustun 8-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə hazırkı prezident Uhuru Keniata qalib gəlib. Seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkədə etiraz dalğası baş qaldırıb. Yerli KİV bu müddətdə doqquz nəfərin öldüyünü xəbər verib.

Son xəbərlər

Orphus sistemi