Keniyada polis əməkdaşı 6 həmkarını qətlə yetirib

Keniyada polis əməkdaşı 6 həmkarını qətlə yetirib Qatil təhlükəsizlik qüvvələri ilə baş vermiş atışmada öldürülüb
Digər ölkələr
15 İyul , 2016 00:52
Keniyada polis əməkdaşı 6 həmkarını qətlə yetirib

Bakı. 15 iyul. REPORT.AZ/ Keniyanın qərbindəki Kapenquriya şəhərində bir polis əməkdaşı altı həmkarını qətlə yetirib. "Report" xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə dünən, yerli vaxtla saat 5 radələrində baş verib. Belə ki, asayiş keşikçilərindən biri polis bölməsinin binasına gələrək həmkarının silahını götürüb və bundan sonra onu, eləcə də daha 5 həmkarını güllələyib. O, bundan sonra binanı ələ keçirib.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri polis binasını mühasirəəyə alıblar. Qatil təhlükəsizlik qüvvələri ilə baş vermiş atışmada öldürülüb.

Onun hansı səbəbdən həmkarlarını güllələməsi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi