Keniyada məktəbə hücum edilib: 6 ölü, 18 yaralı

Keniyada məktəbə hücum edilib: 6 ölü, 18 yaralı Hücum əvvəllər məktəbin şagirdi olmuş yeniyetmələrdən biri tərəfindən həyata keçirilib
Digər ölkələr
15 Oktyabr , 2017 08:54
Keniyada məktəbə hücum edilib: 6 ölü, 18 yaralı

Bakı. 15 oktyabr. REPORT.AZ/ Keniyada məktəbə hücum edilib.

"Report" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-qərbindəki Lokiçodjioda baş verib. Hücum zamanı 5 şagird və 1 mühafizəçi öldürülüb.

Agentliyin xəbərinə görə, hücum əvvəllər məktəbin şagirdi olmuş və intizamı pozmuş yeniyetmələrdən biri tərəfindən həyata keçirilib. Qeyd edilir ki, hadisə zamanı daha 18 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi