Keniyada hücumla bağlı 5 şübhəli saxlanılıb

Keniyada hücumla bağlı 5 şübhəli saxlanılıb Garissa Universitetinə silahlıların hücumu nəticəsində ən azı 148 nəfər qətlə yetirilib
Digər ölkələr
4 Aprel , 2015 20:14
Keniyada hücumla bağlı 5 şübhəli saxlanılıb

Bakı. 4 aprel. REPORT.AZ/ 140-dan artıq adamın ölümünə səbəb olmuş əş-Şəbab qruplaşmasının hücumu ilə bağlı 5 şübhəli saxlanılıb. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Keniyalı rəsmilər bildiriblər.

Cümə axşamı ölkənin şimal-şərqindəki Garissa Universitetinə silahlıların hücumu nəticəsində ən azı 148 nəfər qətlə yetirilib. Onların əksəriyyəti tələbədir.

Əş-Şəbab bildirir ki, hücum Afrika Birliyi qüvvələri tərkibində Keniya qoşunlarının Somali ərazisinə yeridilməsinə cavabdır.

Şənbə günü Garissa Universitetinin tələbə şəhərciyində iki gün gizlənərək sağ qalan 19 yaşlı qız aşkar olunub.

Hökumət tənqidçiləri bildirirlər ki, ali tədris məktəbinə yüksək bir ehtimalla basqın olacağı barədə rəsmi xəbərdarlığa rəğmən hücum vaxtı iki keşkiçinin mühafizə etdiyi Garissada təhlükəsizlik tədbirləri gücləndirilməmişdir.

Universitet şəhərciyinə bu hücum əş-Şəbab qruplaşmasının indiyədək həyata keçirdiyi ən qanlı həmlədir.

Son xəbərlər

Orphus sistemi