Keniyada helikopter qəzasında 17 nəfər ölüb

Keniyada helikopter qəzasında 17 nəfər ölüb Keniya Hava Qüvvələrinə məxsus Mi171 E tipli helikopterin səhər saatlarında paytaxt Nairobi yaxınlığında Kaciado dairəsində yerə enərkən uğradığı qəza nəticəsində azı 10 nəfər hərbçi həlak olub.
Digər ölkələr
24 İyun , 2021 16:57
Keniyada helikopter qəzasında 17 nəfər ölüb

Keniya hava qüvvələrinə məxsus Mi171 E tipli helikopterin səhər saatlarında paytaxt Nairobi yaxınlığında, Kaciado dairəsində yerə enərkən uğradığı qəza nəticəsində azı 10 nəfər hərbçi həlak olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hərbi rəhbərliyin açıqlamasında bildirilir. Yerli hökumət qurumlarından bildiriblər ki, 13 nəfər isə xəsarət alıb. Xəsarət alanlar hava yolu ilə paytaxtdakı xəstəxanaya çatdırılıb.

AP xəbər verir ki, helikopterdə olan 23 nəfərdən 17-si ölüb.

Son xəbərlər

Orphus sistemi