Keniyada həbs olunan iranlıların terror aktları hazırladığı iddia edilir

Keniyada həbs olunan iranlıların terror aktları hazırladığı iddia edilir İran vətəndaşlarının terror aktlarında iştirak edəcək keniyalı gənclər arasında təbliğat apardığı deyilir
Digər ölkələr
29 Noyabr , 2015 11:35
Keniyada həbs olunan iranlıların terror aktları hazırladığı iddia edilir

Bakı. 29 noyabr. REPORT.AZ/ Keniyada həbs olunan iki İran vətəndaşının bu ölkədə terror aktları planlaşdırdığı iddia olunur.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, 69 yaşlı Abubəkir Sadik Lou və 25 yaşlı Yasin Sambay Cuma paytaxt Nayrobidə yerləşən bir sıra oteldə silahlı hücumlar təşkil etməkdə şübhəli bilinir.

Əsasən əcnəbi vətəndaşların qaldığı otelləri hədəf seçən iki iranlının terror aktlarında iştirak etmək üçün keniyalı gənclər arasında təbliğat apardığı deyilir.

Son xəbərlər

Orphus sistemi