Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB-2

Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB-2 Hadisə zamanı xeyli insan itkin düşüb
Digər ölkələr
10 May , 2018 22:34
Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB-2
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" məlumat yayıb. 

Xəbərdə qeyd edilir ki, hadisə zamanı xeyli insan itkin düşüb. 

Daha əvvəl bəndin uçması zamanı 38 nəfərin öldüyü, daha 38 nəfərin xəsarət aldığı bildirilirdi. Yerli nəşr "Standard" yaşayış evlərinin, məktəblərin və müəssisələrin zərər çəkdiyini qeyd edib.


***14:16

Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə "Report" RİA "Novosti"yə məlumat verir.

Daha əvvəl 39 nəfərin xəsarət aldığı bildirilib.

Şərqi Nakuru dairə komissarının müavini Omar Salatın verdiyi məlumata görə, hökumət fəlakət nəticəsində evsizlərə müvəqqəti sığınacaq tapmağa yardım göstərəcək və onları qida ilə təmin edəcək.


***11:14

Keniyanın Subukia şəhərində mayın 10-na keçən gecə su bəndi uçub.

"Report" "Euronews"a istinadən xəbər verir ki, hadisə zamanı azı 20 nəfər ölüb. Onlarla insan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Keniyanın bu bölgəsində bir neçə gündür yağış yağır. Yerli KİV-in məlumatına görə, bəndin aşması, sonrakı daşqınlar və dağıntılardan 2500 nəfər zərər çəkə bilər.

Hazırda insanlar hadisə yerindən təxliyyə edilir.

Son xəbərlər

Orphus sistemi