Bakı. 11 may. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kemeron Şotlandiyanın müstəqilliyi ilə bağlı daha bir referendumun keçirilməsi ehtimalını istisna edib. Bu barədə "Report" "RİA Novosti" saytına istinadən xəbər verir.
"Bizdə referendum keçirilmişdir. Şotlandiya Birləşmiş Krallığın tərkibində qalmaq üçün səs verib. Başqa referendum nəzərdə tutulmur", - Kemeron bildirib.
Sentyabrın 18-də keçirilmiş referendum zamanı regionun əhalisi Birləşmiş Krallığın tərkibində qalması və ya müstəqil dövlət olması barədə qərar verməliydilər. Ancaq Böyük Britaniyanın vahid dövlət kimi saxlanılmasına 55 faiz əhali səs verib.