​Kemeron: "Britaniya Türkiyə vətəndaşlarına vizasız rejim verməyəcək"

​Kemeron: "Britaniya Türkiyə vətəndaşlarına vizasız rejim verməyəcək" "Britaniya Şengen ölkəsi deyil və onların qərarlarını icra etmək məcburiyyətində deyil"
Digər ölkələr
19 Mart , 2016 04:10
​Kemeron: Britaniya Türkiyə vətəndaşlarına vizasız rejim verməyəcək

Bakı. 19 mart. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqı və Türkiyənin razılaşdırdığı birgə fəaliyyət planının reallaşdırılmasına kömək edəcəyinə vəd verib.

"Report" xəbər verir ki, bunu Krallığın baş naziri Devid Kemeron deyib.

Bununla yanaşı o bildirib ki, London Türkiyə vətəndaşlarına vizasız rejim verməyəcək və böyük sayda qaçqın qəbul etməyəcək.

"Mən anlaşmanı alqışlayıram. Böhran başlayandan bu günə qədər ilk dəfədir ki, bizim planımız var. O, tam həyata keçirilərsə gəlməkdə olan insanların qarşısının alınmasında və qaçaqmalçı dəstənin həyata keçirdiyi ticarətin (qaçqın göndərmək - red.) qarşısını kəsməkdə kömək ola bilər", - deyə Kemeronun bəyanatında bildirilir.

Bununla yanaşı baş nazir təsdiq edib ki, ölkəsi Türkiyə vətəndaşlarına vizasız rejim verməyəcək, "çünki Böyük Britaniya Şengen ölkəsi deyil və onların qərarlarını icra etmək məcburiyyətində deyil". 

Son xəbərlər

Orphus sistemi