Keçmiş muzdlu qatil: "Filippin prezidenti cinayətkarları mühakiməsiz öldürməyi əmr edirdi"

Keçmiş muzdlu qatil: "Filippin prezidenti cinayətkarları mühakiməsiz öldürməyi əmr edirdi" Edqar Matobato Roqriqo Dutertenin onu və digər muzdlu qatilləri şəxsən təlimatlandırdığını bildirib
Digər ölkələr
15 Sentyabr , 2016 10:59
Keçmiş muzdlu qatil: Filippin prezidenti cinayətkarları mühakiməsiz öldürməyi əmr edirdi

Bakı. 15 sentyabr. REPORT.AZ/ Filippindən olan keçmiş muzdlu qatil Edqar Matobato ölkənin hazırkı prezidenti Roqriqo Dutertenin Davao şəhərinin meri olarkən cinayətkarları və rəqiblərini mühakiməsiz öldürməyi əmr etdiyini bəyan edib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Senatdakı dinləmələr zamanı E.Matobato R.Dutertenin onu və digər muzdlu qatilləri qətli necə törətməklə bağlı şəxsən təlimatlandırdığını bildirib.

Onun sözlərinə görə, bu cür məhkəmədənkənar hökmlər nəticəsində təxminən min nəfər öldürülüb.

Qeyd edək ki, R.Duterte daha əvvəl qətllərlə bağlı cinayətlərdə əli olması barədə iddiaları təkzib edirdi.

Son xəbərlər

Orphus sistemi