Keçmiş FTB agenti mütəşəkkil cinayətkar dəstənin erməni üzvü ilə qəsd hazırlamaqda təqsirli bilinib

Keçmiş FTB agenti mütəşəkkil cinayətkar dəstənin erməni üzvü ilə qəsd hazırlamaqda təqsirli bilinib ABŞ Federal Təhqiqat Bürosu (FTB) keçmiş xüsusi agenti Babak Brumand mütəşəkkil cinayətkar dəstənin erməni üzvü ilə əlaqəsi olan vəkildən rüşvət almaqda təqsirli bilinib.
Digər ölkələr
5 Oktyabr , 2022 18:37
Keçmiş FTB agenti mütəşəkkil cinayətkar dəstənin erməni üzvü ilə qəsd hazırlamaqda təqsirli bilinib

ABŞ Federal Təhqiqat Bürosu (FTB) keçmiş xüsusi agenti 56 yaşlı Babak Brumand mütəşəkkil cinayətkar dəstənin erməni üzvü ilə əlaqəsi olan vəkildən rüşvət almaqda təqsirli bilinib.

“Report” ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Brumandı rüşvətxorluğa görə 15 il federal həbs, qeyri-qanuni pul əməliyyatlarına görə 10 il və qəsd hazırlanmasına görə isə 5 il həbs cəzası gözləyir.

Hakim Brumandın həbs edilməsinə qərar verib.

Məlum olub ki, 2015-ci ilin yanvarından 2018-ci ilin dekabrına qədər Brumand məhkəmə sənədlərində “E.S” baş hərfləri ilə qeyd olunan, mütəşəkkil cinayətkar dəstənin üzvü olan vəkildən nağd pul, çeklər, şəxsi təyyarə biletləri, “Ducati” motosikleti, hoteldə yerləşmə və dəyəri azı 1 50 000 ABŞ dolları olan digər əşyalar alıb.

Brumand rüşvət almağa başladıqdan bir müddət sonra vəkil ondan mütəşəkkil cinayətkar dəstənin üzvü olan erməni Levon Termendjyan haqqında məlumatlara baxmaq üçün FTB məlumat bazasını yoxlamağı istəyib. Məlum olub ki, 2015-ci ilin yanvarında Brumand FTB-nin Levon Termendjyanla bağlı məxfi cinayət işinə dəfələrlə baxıb.

Xatırladaq ki, “Lev Aslan Dermen” kimi tanınan Levon Termendjyan 2020-ci ilin martında Yuta ştatında 1 milyard dollar məbləğində çirkli pulların yuyulmasında təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi