Keçmiş Çexoslovakiya prezidenti Yan Straski vəfat edib

Keçmiş Çexoslovakiya prezidenti Yan Straski vəfat edib Keçmiş Çexoslovakiyanın son baş naziri və prezidenti Yan Straski vəfat edib.
Digər ölkələr
7 Noyabr , 2019 04:25
Keçmiş Çexoslovakiya prezidenti Yan Straski vəfat edib

Keçmiş Çexoslovakiyanın son baş naziri və prezidenti Yan Straski vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Çexiya radiosu bildirib.

Qeyd edilir ki, keçmiş baş nazir 79 yaşında dünyasını dəyişib.

Məlumata görə, sabiq siyasətçi Praqadakı qocalar evlərindən birində ölüb.

Sağ liberal baxışları ifadə etmiş Straski 1992-ci ilin 2 iyulundan həmin ilin 31 dekabrınadək keçmiş Çexoslovakiyanın baş naziri olub. Prezident Vatslav Qavelanın ölkənin çex və slovak elitasının bölünmə barədə qərarına etiraz əlaməti olaraq iyulun 20-də vəzifəsindən istefa verməsindən sonra Yan Straski 1993-cü il yanvarın 31-dək dövlət başçısının səlahiyyətlərini icra edib. 

Son xəbərlər

Orphus sistemi