"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, 65 yaşlı “Dəmir ledi” ləqəbli Gbagbo 2010 və 2011-ci illərdə seçkidən sonrakı zorakılıqlarda ittiham olunur. 2010-cu ildə Laurent Gbagbo seçkilərdə məğlubiyyətini etiraf etmədi və onun tərəfdarları küçələrə çəxdı. O vaxt həmin toqquşmalarda 3 min adam öldü.
Hazırda Laurent Gbagbo Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdır. Bu məhkəmə iyulda olacaq.