Keçmiş arvadını qətlə yetirən azərbaycanlı 20 illik həbs olundu

Keçmiş arvadını qətlə yetirən azərbaycanlı 20 illik həbs olundu Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində keçmiş həyat yoldaşını qətlə yetirən azərbaycanlı kişi 20 il müddətinə azadlıqdan məhrum edilib.
Digər ölkələr
30 aprel 2020 10:01
Keçmiş arvadını qətlə yetirən azərbaycanlı 20 illik həbs olundu

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində keçmiş həyat yoldaşını qətlə yetirən azərbaycanlı kişi 20 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.

İstintaqla müəyyən olunub ki, 1986-cı il təvəllüdlü şəxs bu ilin fevralın 15-də qısqanclıq zəminində 1996-cı il təvəllüdlü keçmiş həyat yoldaşını evində soyuq silahla öldürüb. 

Hadisə yerindən qaçan həmin şəxs fevralın 16-da saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi