Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb - FOTO - VİDEO - YENİLƏNİB Kranın aşma səbəbinin fırtına olduğu deyilir.
Digər ölkələr
12 Sentyabr , 2015 03:02
Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 12 sentyabr. REPORT.AZ/ Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 238 nəfər xəsarət alıb. Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur.

Kranın aşma səbəbinin fırtına olduğu deyilir.

Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.

*** 01.15

Bakı. 12 sentyabr. REPORT.AZ/ Məkkədə qaldırıcı kranın aşması nəticəsində xasarət alanların sayı 201 nəfərə çatıb .

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı 67 olaraq açıqlanıb.

Yaralılardan ikisinin Türkiyə vətəndaşı olduğu deyilir. Azərbaycan vətəndaşları arasında zərərçəkən olmayıb.

Hadisə yerində 68 xilasedici dəstə işləyir.

Uzunluğu 50-55 metr olan kranın aşma səbəbinin fırtına olduğu bildirilir.

*** 00.00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 87-yə çatıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində azı 184 nəfər yaralanıb. Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur.

Kranın aşma səbəbinin fırtına olduğu deyilir.

*** 22.52

Bakı. 11 sentyabr. REPORT.AZ/ Kəbədə qaldırıcı kranın aşması nəticəsində yaralanan insan sayısı 180 nəfəri ötüb. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı 65 olaraq açıqlanıb.

Yaralılardan 20-sinin Türkiyə vətəndaşı olduğu deyilir. Azərbaycan vətəndaşları arasında zərərçəkən olmayıb.

Uzunluğu 50-55 metr olan kranın aşma səbəbinin fırtına olduğu bildirilir.

*** 21.02

Bakı. 11 sentyabr. REPORT.AZ/ Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 65-yə çatıb.  

"Report" xəbər verir ki, hadisə nəticəsində azı 150 nəfər yaralanıb. Yaralılardan 20-sinin Türkiyə vətəndaşı olduğu deyilir. 

Qaldırıcı kranın uzunluğu 50-55 metr olub. 

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir.

Kranın aşma səbəbinin fırtına olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi