Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb

Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb Konqo Demokratik Respublikasının (KDR) şərqində meymun çiçəyi xəstəliyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb.
Digər ölkələr
4 Fevral , 2025 15:10
Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb

Konqo Demokratik Respublikasının (KDR) şərqində meymunçiçəyi xəstəliyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb.

“Report” xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin hesabatına istinadən “Actualité” portalı məlumat yayıb.

"128 xəstə karantin mərkəzlərindən qaçıb, onların bəziləri qarət edilib", - hesabatda qeyd olunub.

Məlumata görə, onların qaçmasına səbəb ölkə ordusu ilə "M23" qruplaşması arasında döyüşlərdir.

Nazirlik "M23"ün hücumu səbəbindən Şimali Kivu əyalətində su və elektrik enerjisinin olmaması da daxil olmaqla bir sıra problemlərin olduğunu bildirib.

Bir həftə ərzində KDR-də meymun çiçəyinə şübhəli 2 707 hal, o cümlədən 516 təsdiqlənmiş hal və 38 ölüm faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi