Yuxarı

​Kazanda yanğın zamanı ölən 17 nəfərdən 14-nün şəxsiyyəti müəyyənləşib

Altı meyit qohumlarına təhvil verilib

Bakı. 15 mart. REPORT.AZ/ Rusiyanın Respublika Məhkəmə Tibbi Ekspertiza Bürosunda Kazanda yerləşən "Admiral" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən 17 nəfərdən 14-nün şəxsiyyəti müəyyənləşib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tatarıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Şəxsiyyəti tanınanlardan 8 nəfəri əcnəbidir. Onlardan iki nəfəri Tacikistan, dörd nəfəri Özbəkistan, bir nəfəri Azərbaycan və bir nəfəri də Türkiyə vətəndaşıdır. Meyitlərdən altısı ailələrinə təhvil verilib.

Yanğın martın 11-də baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi