Kataloniyanın "müstəqillik haqqında referendum" keçirilməsi barədə qəbul etdiyi qanun ləğv edilib

Kataloniyanın "müstəqillik haqqında referendum" keçirilməsi barədə qəbul etdiyi qanun ləğv edilib Konstitusiya Məhkəməsi əvvəlcə bu sənədin icraatını dayandırmışdı
Digər ölkələr
17 Oktyabr , 2017 17:47
Kataloniyanın müstəqillik haqqında referendum keçirilməsi barədə qəbul etdiyi qanun ləğv edilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ İspaniya Konstitusiya Məhkəməsi Kataloniya hökumətinin "müstəqillik haqqında referendum" keçirilməsi haqqında sentybarın 6-da qəbul etdiyi qanunu ləğv edib.

"Report" "El Pais"ə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi əvvəlcə bu sənədin icraatını dayandırmışdı, indi isə məhkəmə yekdilliklə qanunu konstitusiyaya zidd, başqa sözlə, etibarsız sayıb.

Qeyd edək ki, oktybarın 1-də Kataloniyada keçirilən "referendum"dan sonra hökumət başçısı Karles Puçdemon Kataloniyanın müstəqilliyini elan edib-etməməsi ilə bağlı dəqiq cavab verməyib. İspaniya hökuməti Kataloniya rəhbərliyindən oktybarın 19-dək bu məsələyə aydınlıq gətirməyi tələb edib.

Son xəbərlər

Orphus sistemi