İspaniya Hesablama Palatası: Kataloniyadakı referenduma külli miqdarda vəsait sərf olunub

İspaniya Hesablama Palatası: Kataloniyadakı referenduma külli miqdarda vəsait sərf olunub Bakı. 20 dekabr. REPORT.AZ/ İspaniya Hesablama Palatası Kataloniyanın müstəqilliyi ilə bağlı 2017-ci ilin oktyabrın 1-də baş tutan referendumun keçirilməsinə muxtariyyət hökuməti tərəfindən 8 milyon avrodan çox pul xərcləndiyini açıqlayıb.
Digər ölkələr
1308
20 Dekabr , 2018 20:17
İspaniya Hesablama Palatası: Kataloniyadakı referenduma külli miqdarda vəsait sərf olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ İspaniya Hesablama Palatası Kataloniyanın müstəqilliyi ilə bağlı 2017-ci ilin oktyabrın 1-də baş tutan referendumun keçirilməsinə muxtariyyət hökuməti tərəfindən 8 milyon avrodan çox pul xərcləndiyini açıqlayıb.

“Report” “El Pais”ə istinadən xəbər verir ki, Palatanın prokuroru Miquel Anxel Torres bu məsrəfin məsuliyyətini o zamankı Kataloniya hökumətinin rəhbər Karles Puçdemon başda olmaqla 17 üzvünün üzərinə qoyub.

Xatırladaq ki, Kataloniya muxtariyyətində seçicilərin 43 faizinin iştirakı ilə keçirilmiş sözügedən referendumda iştirakçıların 90 faizi İspaniyadan ayrılmağa səs vermiş, İspaniya hökuməti və Konstitusiya Məhkəməsi səsvermənin qanunsuz olduğunu bildirmiş və nəticəsini ləğv etmişdi.

Son xəbərlər

Orphus sistemi