Kataloniyada etiraz aksiyaları ölkəyə 7,3 milyon avro məbləğində ziyan vurub

Kataloniyada etiraz aksiyaları ölkəyə 7,3 milyon avro məbləğində ziyan vurub İspaniyanın İnkişaf Nazirliyi Kataloniya bölgəsində son günlər keçirilmiş kütləvi etiraz aksiyaları zamanı 7,3 milyon avro məbləğində ölkəyə iqtisadi ziyan dəydiyini açıqlayıb.
Digər ölkələr
23 Oktyabr , 2019 18:05
Kataloniyada etiraz aksiyaları ölkəyə 7,3 milyon avro məbləğində ziyan vurub

İspaniyanın İnkişaf Nazirliyi Kataloniya bölgəsində son günlər keçirilmiş kütləvi etiraz aksiyaları zamanı 7,3 milyon avro məbləğində ölkəyə iqtisadi ziyan dəydiyini açıqlayıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisələr zamanı regionun nəqliyyat şəbəkəsi daha çox zərər görüb.

Belə ki, təkcə Barselona hava limanında keçirilən və onlarla uçuşun ləğv olunmasına gətirib çıxaran kütləvi mitinq regiona 1,2 milyon avro məbləğində ziyan vurub.

Həmçinin etiraz aksiyaları zamanı müəssisələrin əldə edilməmiş mənfəətinin həcmi 4 milyon avroya yaxındır.

Son xəbərlər

Orphus sistemi