Kataloniyada seçki məntəqəsi yaxınlığında atışma olub

Kataloniyada seçki məntəqəsi yaxınlığında atışma olub Dörd nəfər xəsarət alıb
Digər ölkələr
30 Sentyabr , 2017 13:29
Kataloniyada seçki məntəqəsi yaxınlığında atışma olub

Bakı. 30 sentyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya muxtar bölgəsində oktyabrın 1-nə planlaşdırılan referendumda seçicilərin səs verəcəyi seçki məntəqəsinin yaxınlığında atışma olub. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bökgənin Manleu şəhərində pnevmatik silahdan atəş açılması nəticəsində dörd nəfər xəsarət alıb.

Hadisə məktəb binası qarşısında Malyeu Referendum Müdafiəsi Komitəsinin üzvləri polisin məntəqəyə möhür vurmasına mane olmağa çalışdığı zaman baş verib.

Yaralanan şəxslərin vəziyyətlərinin yaxşı olduğu, xəsarətlərinin ciddi olmadığı bildirilib.

Polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi