Kataloniyada iki gün ərzində xəsarət alan polisin sayı açıqlanıb

Kataloniyada iki gün ərzində xəsarət alan polisin sayı açıqlanıb Kataloniyada dünən və bu gün keçirilən etiraz aksiyaları zamanı azı 72 polis əməkdaşı xəsarət alıb.
Digər ölkələr
16 Oktyabr , 2019 12:41
Kataloniyada iki gün ərzində xəsarət alan polisin sayı açıqlanıb

Kataloniyada dünən və bu gün keçirilən etiraz aksiyaları zamanı azı 72 polis əməkdaşı xəsarət alıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, İspaniyanın Kataloniya muxtariyyatının bir neçə böyük şəhərində keçirilən kütləvi nümayişlər zamanı polislə qarşıdurmalar baş verib. Barselonada 40 min nəfərin iştirak etdiyi nümayiş zamanı polisə müxtəlif əşyalar atan etirazçılar hasarları uçurub, zibil konteynerlərini yandırıblar. Mərkəzi hökumət qurumlarının binalarına yaxınlaşmağa çalışan nümayişçilərə qarşı yerli “Mossos de Esquadra” polisi dəyənək və rezin güllələr tətbiq edib.

Son məlumata görə, oktyabrın 15-16-da “Mossos dfe Esquadra”nın 54 əməkdaşı, 18 nəfər isə milli polis əməkdaşı xəsarət alıb. Həmçinin Barselona əyalətində 29, Tarraqonada 14, Lleida əyalətində isə 8 nəfər saxlanılıb.

Son iki gün ərzində Kataloniyanın müxtəlif bölgələrində avtomobil və dəmir yollarını bağlayan radikal təşkilatların üzvləri ötən gün  iki avtomobil yolunda polislə toqquşublar. Bəzi yollar hələ də açılmayıb.

Xatırladaq ki, 2017-ci ildə Kataloniyada müstəqillik barədə referendumun təşkil olunmasında iştirak edən 9 nəfər sabiq rəsmi şəxs barəsində bazar ertəsi günü İspaniya Ali Məhkəməsinin çıxardığı 9-13 il həbs hökmündən sonra muxtariyyatın müxtəlif bölgələrində radikal millətçi təşkilatlar tərəfindən kütləvi etiraz aksiyaları keçirilir. Dünənki məlumata əsasən, Kataloniyada keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların 130 nəfərdən çox olub.

Son xəbərlər

Orphus sistemi