İspaniyada 12 avtomobilin toqquşması nəticəsində 25 nəfər xəsarət alıb

İspaniyada 12 avtomobilin toqquşması nəticəsində 25 nəfər xəsarət alıb Kataloniyada kütləvi yol-nəqliyyat hadisəsi baş verib.
Digər ölkələr
13 May , 2019 00:26
İspaniyada 12 avtomobilin toqquşması nəticəsində 25 nəfər xəsarət alıb

Kataloniyada kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Periodiko" qəzeti məlumat yayıb.

Məlumata görə, İspaniyanın şimal-şərqində 12 avtomobil toqquşub. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Həkimlər 8 yaralıya hadisə yerində tibbi yardım göstəriblər. Digər xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi