Kataloniya separatçılarının liderləri 13 ilə qədər həbs cəzasına məhkum edilib

Kataloniya separatçılarının liderləri 13 ilə qədər həbs cəzasına məhkum edilib 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı qeyri-qanuni referendumun təşkilində iştirak edən katalon siyasətçilər 13 ilə qədər müddətə həbs cəzasına məhkum edilib.
Digər ölkələr
14 Oktyabr , 2019 15:42
Kataloniya separatçılarının liderləri 13 ilə qədər həbs cəzasına məhkum edilib

2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı qeyri-qanuni referendumun təşkilində iştirak edən katalon siyasətçilər 13 ilə qədər müddətə həbs cəzasına məhkum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, belə qərarı İspaniya Ali Məhkəməsi qəbul edib.

İş üzrə təqsirləndirilən Kataloniya separatçı hərəkatının 12 rəhbərindən bəziləri qiyama təhriketmə və israfçılıqda günahkar biliniblər. Muxtar vilayətin hökumət başçısının keçmiş müavini Oriol Junkeras maksimum müddətə, yəni 13 illik azadlıqdan məhrum edilib.

Milli Kataloniya Assambleyasının keçmiş lideri Jordi Sançes və "Omnium kultural" təşkilatının sədri Jordi Kuişart 9 il həbs cəzasına məhkum edilib. Region parlamentinin keçmiş sədri Karme Forkadel 11 il 6 ay həbs cəzası alıb. Bundan əlavə, iş üzrə adı keçənlərin müxtəlif müddətlərdə dövlət vəzifələrini tutması qadağan edilib.

Son xəbərlər

Orphus sistemi