Kataloniya parlamenti Madridin hərəkətlərinə cavab verəcək

Kataloniya parlamenti Madridin hərəkətlərinə cavab verəcək Bu görüşdə, ola bilsin, Kataloniyanın müstəqilliyi elan ediləcək
Digər ölkələr
23 Oktyabr , 2017 15:04
Kataloniya parlamenti Madridin hərəkətlərinə cavab verəcək
PressTV

Bakı. 23 oktyabr. REPORT.AZ/ Kataloniya parlamenti oktyabrın 26-da rəsmi Madridin hərəkətlərinə cavab tədbirlərini müəyyənləşdirmək üçün iclas keçirməyi planlaşdırır. 

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

İspaniya KİV-i bu görüşdə, ola bilsin ki, Kataloniyanın müstəqilliyinin elan ediləcəyini yazır.

Xatırladaq ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya muxtar icmasına qarşı ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək qərarına gəlib. Qanunvericiliyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

İndi İspaniya hökumətinin qərarını Senat oktyabrın 27-nə təyin edilən sessiyada təsdiq etməlidir.

Son xəbərlər

Orphus sistemi