Kataloniya parlamenti fəaliyyətini dayandırıb

Kataloniya parlamenti fəaliyyətini dayandırıb Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti təyin etdiyi iclası da təxirə salıb
Digər ölkələr
103
30 Oktyabr , 2017 16:08
Kataloniya parlamenti fəaliyyətini dayandırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Kataloniya Muxtar Vilayətinin parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edir və yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Kataloniya parlamentinin mətbuat xidməti yayıb.

Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-nə təyin etdiyi iclası da təxirə salıb.

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik haqqında qətnamə qəbul edib. Qanunverici orqanın 135 üzvündən 70-i bu qətnamə layihəsinin lehinə səs verib. Bununla belə qətnamə Kataloniya parlamentinin, hökumətinin rəsmi bülletenində dərc edilməyib.

Oktyabrın 27-də İspaniya hökuməti Vilayət parlamentinin buraxıldığını elan edib. Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavini Soraya Saens de-Santamariyaya tapşırılıb.

Son xəbərlər

Orphus sistemi