Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavininə tapşırılıb

Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavininə tapşırılıb Bu sərəncam elan olunduğu vaxtdan qüvvəyə minib
Digər ölkələr
28 Oktyabr , 2017 12:53
Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavininə tapşırılıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavini Soraya Saens de-Santamariyaya tapşırılıb. 

“Report” “El Pais”ə istinadən xəbər verir ki, bu haqda İspaniya krallığının baş naziri Mariano Rahoy oktyabrın 28-də sərəncam imzalayıb.

İspaniyanın daxili işlər naziri Xuan İqnasio Soido isə Kataloniya əyalətindəki polis qüvvələrinə rəsmən rəhbərlik edəcək. Səbəb Kataloniya muxtariyyəti polisinin rəhbəri Jozep Luis Traperonun İspaniya mərkəzi hakimiyyəti tərəfindən istefaya göndərilməsidir. Bu sərəncamlar elan olunan vaxtdan qüvvəyə minib.

Bu, Kataloniya parlamentinin muxtar əyalətin müstəqilliyi haqqında qərarına İspaniya hakimiyyətinin cavab tədbiridir.

Son xəbərlər

Orphus sistemi