Bakı. 24 oktyabr. REPORT.AZ/ Kataloniya hökuməti rəsmi Madrid tərəfindən İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiqinə etiraz etmək niyyətindədir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kataloniya hökumətinin nümayəndəsi Jordi Turull bildirib.
Onun sözlərinə görə, ölkənin Konstitusiya Məhkəməsinə apellyasiya şikayəti veriləcək.
Konstitusiyanın 155-ci maddəsinə əsasən, İspaniya hakimiyyəti Kataloniyanın muxtariyyət hüququnu əlindən alır, hökumət vəzifədən uzaqlaşdırılır, altı ay ərzində yerli parlamentə növbədənkənar seçkilər keçirilir.
Xatırladaq ki, Kataloniya parlamentinin oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyi elan edilə bilər.
Oktyabrın 27-nə isə İspaniya parlamentinin iclası planlaşdırılır: Madrid muxtariyyətə dair qərarı tətbiq etmək niyyətindədir.