Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib Bu, Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədardır
Digər ölkələr
17 avqust 2017 20:35
Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib
Courtesy İmage

Bakı. 18 avqust. REPORT.AZ/ Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədardır.

Bugün terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Barselonanın meri Ada Kolau terror aktı qurbanlarının xatirəsinin anılması məqsədilə cümə günü sükut dəqiqəsi elan edib.  

Qeyd edək ki, şəhərdə sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində 12 nəfər həlak olub, daha 80 nəfər xəsarət alıb. Hadisəni törətmiş şəxslərdən ikisi polis tərəfindən saxlanılıb, biri isə atışma zamanı öldürülüb.

Ölkənin Daxili İşlər Nazirliyi baş verənlərin terror aktı olduğunu bildirib. "Reuters" isə İŞİD qruplaşmasının terror aktına görə məsuliyyəti üzərinə götürdüyünü xəbər verib.  

Son xəbərlər

Orphus sistemi