Kataloniya böhranı İspaniyaya 1 milyard avroya başa gəlib

Kataloniya böhranı İspaniyaya 1 milyard avroya başa gəlib Zərər regionun iqtisadiyyatının yavaşlamasıyla əlaqədardır
Digər ölkələr
3 Yanvar , 2018 16:04
Kataloniya böhranı İspaniyaya 1 milyard avroya başa gəlib
Reuters

Bakı. 3 yanvar. REPORT.AZ/ Kataloniyanın müstəqilliyinin elan edilməsilə bağlı referendumun keçirilməsi nəticəsində yaranan siyasi böhran İspaniyaya 1 milyard avroya başa gəlib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis de Qindos yerli radioya müsahibəsində bildirib.

Onun sözlərinə görə, zərər 2017-ci il oktyabrın 1-də mərkəzi hakimiyyət orqanları tərəfindən tanınmayan referendumun keçirilməsindən sonra regionun iqtisadiyyatının yavaşlamasıyla əlaqədardır.

"Əvvəllər Kataloniyada iqtisadi artım bütün İspaniyanın iqtisadi artım göstəricisindən çox olub. O, İspaniya iqtisadiyyatının lokomotivlərindən biri olub. Amma dördüncü rübdə problem halına çevrildilər", - nazir radiomüsahibəsində vurğulayıb.

Qeyd edək ki, siyasi qeyri-müəyyənlik nəticəsində 3 mindən artıq şirkət artıq öz nümayəndəliklərini Kataloniyadan kənara çıxarıb.

Son xəbərlər

Orphus sistemi