Karlos Puçdemon: "Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilməyəcək"

Karlos Puçdemon: "Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilməyəcək" Səbəb İspaniya hökumətinin Kataloniyanın muxtariyyətinin ləğvi ilə bağlı qəbul etdiyi qərarı geri götürəcəyi ilə bağlı zəmanət verməməsidir
Digər ölkələr
26 Oktyabr , 2017 20:29
Karlos Puçdemon: Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilməyəcək". 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Kataloniya Muxtar Vilayətinin başçısı Karlos Puçdemon bildirib. 

Onun sözlərinə görə, buna səbəb İspaniya hökumətinin Kataloniyanın muxtariyyətinin ləğvi ilə bağlı qəbul etdiyi qərarı geri götürəcəyi ilə bağlı zəmanət verməməsidir. 

K.Puçdemon Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı qərarın parlament tərəfindən veriləcəyini də vurğulayıb. 

Qeyd edək ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Vilayətinə qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi