Karles Puçdemon: "Kataloniya 21 dekabr seçkilərinin istənilən nəticəsini qəbul edəcək"

Karles Puçdemon: "Kataloniya 21 dekabr seçkilərinin istənilən nəticəsini qəbul edəcək" Muxtariyyətin keçmiş rəhbəri: "Kataloniya müstəqilliyə doğru dinc hərəkət üzrə fəaliyyət planı qəbul edib"
Digər ölkələr
31 Oktyabr , 2017 16:32
Karles Puçdemon: Kataloniya 21 dekabr seçkilərinin istənilən nəticəsini qəbul edəcək
AP Photo/Manu Fernandez

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Kataloniya hökuməti Madrid ilə dialoq yaratmaq üçün bütün imkanlardan istifadə etməyə çalışdı, amma bunun mümkünsüzlüyünü görüncə, müstəqilliyini elan etmək məcburiyyətində qaldı".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İspaniya hökuməti tərəfindən vəzifədən uzaqlaşdırılan Muxtariyyətin keçmiş rəhbəri Karles Puçdemon Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kataloniya müstəqilliyə doğru dinc, zorakılıqdan uzaq hərəkət üzrə fəaliyyət planı qəbul edib.

K.Puçdemon həmçinin qeyd edib ki, Kataloniya hökuməti 21 dekabr seçkilərinin istənilən nəticəsini qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi