Karles Puçdemon İspaniya prokurorluğunun xəbərdarlığına baxmayaraq Danimarkaya gedib

Karles Puçdemon İspaniya prokurorluğunun xəbərdarlığına baxmayaraq Danimarkaya gedib Bakı. 22 yanvar. REPORT.AZ/ Kataloniyanın keçmiş lideri Karles Puçdemon Kopenhagen Universitetində İspaniya regionunun siyasi gələcəyinə həsr olunmuş bugünkü konfransda iştirak etmək üçün Belçikadan Danimarkaya gedib.
Digər ölkələr
22 Yanvar , 2018 12:31
Karles Puçdemon İspaniya prokurorluğunun xəbərdarlığına baxmayaraq Danimarkaya gedib
Lluis Gene/AFP/Getty

Bakı. 22 yanvar. REPORT.AZ/ Kataloniyanın keçmiş lideri Karles Puçdemon Kopenhagen Universitetində İspaniya regionunun siyasi gələcəyinə həsr olunmuş bugünkü konfransda iştirak etmək üçün Belçikadan Danimarkaya gedib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, bununla K.Puçdemon ötən ilin oktyabr ayının sonlarından bəri getdiyi Belçikadan ilk dəfə ayrılıb. Siyasətçi İspaniya prokurorluğunun Danimarkaya səfər təqdirdə ölkənin Ali Məhkəməsindən onun həbsi üçün Avropa orderi tələb edəcəyi ilə bağlı bəyanatına rəğmən, belə addım atıb.

Kataloniyanın sabiq liderinin Kopenhagen Universitetinin Avropa tədqiqatları üzrə professoru, beynəlxalq hüquq üzrə ekspert Marlene Vind və eyni universitetin politologiya üzrə professoru Kristian Rostboll ilə İspaniya regionunun gələcəyini müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, İspaniya ərazisində Kataloniyanın keçmiş liderinin həbsi ilə bağlı əmr qüvvədədir. O, Belçikadan Pireney Krallığına geri qayıtsa, dərhal həbs oluna bilər.

Son xəbərlər

Orphus sistemi