Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelanın hüquq-mühafizə orqanları paytaxt Karakasın şərqində nümayişçləri qovmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri danışıb.
Şəhər sakinlərinin sözlərinə görə, yerli vaxtla 16.20-də, milli qvardiyanın əməkdaşları (Venesuela ordusunun bir hissəsi) Karakas metrosunda, xüsusilə Çakao və Altamir stansiyalarında gözyaşardıcı qaz tətbiq ediblər.
Hazırda xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Daha əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.