Karakas metrosunda partlayış olub

Karakas metrosunda partlayış olub Hadisə zamanı xəsarət alan olmayıb
Digər ölkələr
16 Avqust , 2017 03:33
Karakas metrosunda partlayış olub

Bakı. 16 avqust. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakas şəhərinin metrostansiyasında partlayış olub.

"Report" "RİA Novosti"yı istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb. 

"Venesuela Meydanı" stansiyasında sərnişinlərin metrodan çıxarılmasına gətirib çıxaran kiçik partlayış olub", - deyə "TTV" telekanalı "Twitter"də bildirib. KİV həmçinin yazır ki, insident səbəbindən stansiyada qatarların hərəkəti kəsilib.

Öz növbəsində Venesuela paytaxtının metropoliten idarəsi bildirib ki, qatar sistemdə güclü ləngimələrə səbəb olub. "Operativ briqada işi yeniləmək üçün işləyir", - deyə xəbərdə bildirilir.

Hadisə zamanı xəsarət alanların olması barədə məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi