Kansler: “Almaniya böhranlı bölgələrə öldürücü silahlar satmır”

Kansler: “Almaniya böhranlı bölgələrə öldürücü silahlar satmır” “Almaniya böhranlı bölgələrə öldürücü silahlar satmır, Ukraynaya gəldikdə isə digər sahələrdə dəstəyini davam etdirir”.
Digər ölkələr
25 Yanvar , 2022 22:38
Kansler: “Almaniya böhranlı bölgələrə öldürücü silahlar satmır”

“Almaniya böhranlı bölgələrə öldürücü silahlar satmır, Ukraynaya gəldikdə isə digər sahələrdə dəstəyini davam etdirir”.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

“Hökumət böhranlı bölgələrə öldürücü silah tədarük etməmək qərarına gəlib.Eyni zamanda, Berlin iqtisadiyyat sahəsində Kiyev hakimiyyətinə dəstəyini davam etdirir. Xüsusilə, biz 2024-cü ildən sonra Ukraynanın qaz tranzit ölkəsi kimi qalmasının tərəfdarıyıq. Ukrayna Almaniyaya arxalana biləcəyini bilir” – deyə, Kansler bildirib.

Qeyd edək ki, Almaniya ölkədə istehsal olunan 122 mm-lik D-30 haubitsalarının Estoniya tərəfindən Ukraynaya tədarükünə mane olub.

Son xəbərlər

Orphus sistemi