Kanadanın yeni hökumətinin tərkibi oktyabrın 25-də açıqlanacaq

Kanadanın yeni hökumətinin tərkibi oktyabrın 25-də açıqlanacaq Kanadanın Baş naziri Castin Trüdo oktyabrın 25 -də ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.
Digər ölkələr
15 Oktyabr , 2021 06:07
Kanadanın yeni hökumətinin tərkibi oktyabrın 25-də açıqlanacaq

Kanadanın Baş naziri Castin Trüdo oktyabrın 25 -də ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.

"Report" xəbər verir ki, bu barədə CBC kanalı məlumat yayıb.

Məlumata görə, hökumətdə yeni simalar təmsil olunacaq və keçmiş departament rəhbərlərindən bəziləri kabineti tərk edə bilər.

Müdafiə naziri vəzifəsi bu dəfə qadına həvalə olunacaq. Belə ki, Baş nazir kabinet üzvlərinin təyin olunmasında gender bərabərliyini təmin etmək niyyətindədir.

Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanıb ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan yaradıb.

Son xəbərlər

Orphus sistemi