Kanada Ukraynadakı kontingentinin sayını artıracaq

Kanada Ukraynadakı kontingentinin sayını artıracaq Kanadanın müdafiə naziri Anita Anand yaxın günlərdə Latviya və Ukraynaya səfər edəcək.
Digər ölkələr
27 Yanvar , 2022 02:21
Kanada Ukraynadakı kontingentinin sayını artıracaq

Kanadanın müdafiə naziri Anita Anand yaxın günlərdə Latviya və Ukraynaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Kanadanın baş nazir Castin Trüdo bildirib.

"Birləşdirici” əməliyyatına davam edən öhdəliyimiz Kanada Silahlı Qüvvələrinin öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə edə bilməsi üçün Ukrayna ordusuna dəstəyini təmin edir. Nazir Anand yaxın günlərdə Latviya və Ukraynaya səfər edəcək", - Trüdo mətbuata açıqlamasında deyib.

O əlavə edib ki, Kanada hökuməti Kiyevə verdiyi dəstəyin bir hissəsi olaraq, yaxın vaxtlarda Ukraynada mövcud olan 200 nəfərdən əlavə, ölkənin hərbçilərinin sayını daha 60 nəfər artıracaq.

Trüdonun sözlərinə görə, Ukraynadakı Kanada kontingentinin sayı sonda 400 nəfərə qədər artırılacaq. Kanada Nazirlər Kabinetinin rəhbəri həmçinin əlavə edib ki, Ottava Kiyevə öldürücü olmayan silahların tədarükünü davam etdirmək, kiberhücumlarla mübarizədə dəstək vermək və kəşfiyyat məlumatlarını paylaşmaq niyyətindədir.

“Biz Ukraynadakı və bütün regiondakı tərəfdaşlarımızla yaxından işləməyə davam edəcəyik”, - deyə Trüdo bildirib.

Son xəbərlər

Orphus sistemi