Kanadanın Baş naziri koronavirus xəstəsi ilə təmasdan sonra özünü təcrid edib

Kanadanın Baş naziri koronavirus xəstəsi ilə təmasdan sonra özünü təcrid edib Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra beş günlük karantinə keçdiyini açıqlayıb.
Digər ölkələr
28 Yanvar , 2022 04:32
Kanadanın Baş naziri koronavirus xəstəsi ilə təmasdan sonra özünü təcrid edib

Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra beş günlük karantinə keçdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, tviter səhifəsində qeyd edib.

"Testin nəticəsinə əsasən, Ottava Səhiyyə Departamentinin qaydalarına əməl edirəm və beş gün ərzində özünü təcrid edirəm", - Trüdo bildirib.

Baş nazir özünü hələ də yaxşı hiss etdiyini və məsafədən işləyəcəyini vurğulayıb və kanadalıları peyvənd olunmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi