Kanadada yük qatarı relsdən çıxıb

Kanadada yük qatarı relsdən çıxıb Hadisə nəticəsində xəsarət alan olmayıb
Digər ölkələr
20 Dekabr , 2016 03:55
Kanadada yük qatarı relsdən çıxıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Kanadanın Skotçtaun şəhərində (Yeni Şotlandiya əyaləti) yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi CBC telekanalı məlumat yayıb.

İnsident qatar şəhər küçələrindən biri ilə kəsişən keçidi keçən zaman baş verib. Kömür daşıyan qatarın altı vaqonu relsdən çıxıb, biri aşıb. Sözügedən küçədə hərəkət dayandırılıb.

Son xəbərlər

Orphus sistemi