Yuxarı

Kanadada turist avtobusu qəzaya uğrayıb, 26 nəfər xəsarət alıb

Avtobusdakı sərnişinlərin hamısı qocalar olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Kanadada turistləri daşıyan avtobus qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.

Məlumata görə, qəza Ottava şəhəri yaxınlığında baş verib. Hadisə zamanı avtobusda 50 sərnişin olub. 

Hadisə zamanı sərnişinlərdən 26-ı xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Avtobusdakı sərnişinlərin hamısı qocalar olub.

Polisin sözlərinə görə, Dinbiq şəhərinə gedən avtobusun aşma səbəbləri hələlik məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi