​Kanadada təyyarə yerə çırpılıb, 2 nəfər ölüb

​Kanadada təyyarə yerə çırpılıb, 2 nəfər ölüb Qəzaya nəticəsində bir qadın və bir kişi dünyasını dəyişib
Digər ölkələr
13 Aprel , 2016 03:05
​Kanadada təyyarə yerə çırpılıb, 2 nəfər ölüb

Bakı. 13 aprel. REPORT.AZ/ Kanadanın Britaniya Kolumbiyası əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində qadın və kişi dünyasını dəyişib.

"Report" CBC-yə istinadən xəbər verir ki, dördyerlik "Rockwell 112D" təyyarəsi Traut gölü yaxınlığındakı vadidə aşkar edilib.

Hava gəmisinin marşrutu ölkənin qərbində yerləşən Keloun şəhərindən Saskaçevan əyaləti istiqamətində olub.

Kanadanın Nəqliyyatda Təhlükəsizlik Şurasının ilkin məlumatına görə, təyyarə sərt bucaq altında yerə çırpılıb. İnsidentin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi