Kanadada təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub

Kanadada təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub Kanadada təyyarə qəzası baş verib.
Digər ölkələr
29 Noyabr , 2019 01:16
Kanadada təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub

Kanadada təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə ICTV telekanalı bildirib.

Məlumata görə, hadisə Ontario əyalətində qeydə alınıb. Kinqston şəhəri yaxınlığında "Piper PA-32" təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Qeyd edilir ki, hadisə şəhər aeroportundan 5-7 kilometr məsafədə, çətinliklə gedilə bilən yerdə baş verib. Polisin məlumatına görə, hadisə zamanı təyyarədə 7 nəfər olub. Onlardan 3-ü üşaq imiş. 

Son xəbərlər

Orphus sistemi