Kanadada təyyarə qəzası baş verib

Kanadada təyyarə qəzası baş verib Qəzanın səbəbləri araşdırılır
Digər ölkələr
8 Sentyabr , 2017 05:30
Kanadada təyyarə qəzası baş verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Kanadanın Manitoba vilayətində kiçik təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "СBC" telekanalı xəbər verib.

Bildirilir ki, Vinnipeqin 15 kilometr şimalında qəzaya uğramış "Beechcraft Musketeer" markalı təyyarənin göyərtəsində ancaq pilot olub. Təyyarə kiçik Sent-Endryus şəhərindəki hava limanından qalxdıqdan dərhal sonra yerə düşüb. O, yola düşdüyündən magistral xətt iki tərəfli bağlanıb.

Qəzanın səbəbləri, həmçinin pilotun şəxsiyyəti araşdırılır.

Son xəbərlər

Orphus sistemi